Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Siqaretə görə bıçaqla kişinin gözünü çıxartdı

Siqaretə görə bıçaqla kişinin gözünü çıxartdı

Tarix: 16 Iyun 2023 05:06

Tümen vilayətinin Yalutorovski məhkəməsi kişinin gözünü çıxaran şəxsi 6 il müddətinə azadlıqdan məhrum edib.

Sonxeber.net lent.az-a istinadən bildirir ki, məhkum cəzasını ümumi rejimli koloniyada çəkəcək. Həmçinin o, zərərçəkmişə dəymiş mənəvi ziyanı da ödəməlidir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 111-ci ("Qəsdən sağlamlığa ağır zərər vurma") maddəsi ilə ittiham olunub.

İş materiallarından belə görünür ki, fevralın 3-də Yalutorovsk şəhərinin sərxoş sakini kafedə siqaret yandırıb. Bundan sonra digər müştəri ona irad tutub. Bu, müttəhimin xoşuna gəlməyib və bıçaq üçün evə gedib. Daha sonra onu incidən şəxsi küçəyə çağırıb. Orada onun gözünə zərbə endirib, nəticədə zərərçəkmiş görmə qabiliyyətini itirib.

Məhkəmədə həmin şəxs özünü təqsirli bilib.


Etiketlər:  Siqaretə görə bıçaqla kişinin gözünü çıxartdı


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ