Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mayda Türkiyədə satın alınan mənzillərin sayı azalıb

Mayda Türkiyədə satın alınan mənzillərin sayı azalıb

Tarix: 16 Iyun 2023 12:18

2023-cü ilin may ayında Türkiyədə 113 min 276 mənzil satın alınıb ki, bu da 2022-ci ilin may ayı ilə müqayisədə 7,7 faiz azdır.

Milli.Az-ın məlumatına görə, bu barədə TurkicWorld-a Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanından məlumat verilib.

Məlumata görə, 2023-cü ilin yanvar-may aylarında Türkiyədə 482 min 143 mənzil satın alınıb.

"Bu göstəricilər 2022-ci ilin eyni dövrü ilə müqayisədə 16,3 faiz azdır", - deyə nazirlikdən qeyd edilib.

2023-cü ilin may ayında Türkiyədə xarici vətəndaşlara 3 min 167 mənzil satılıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 46,9 faiz azdır.

Eyni ilin yanvar-may aylarında əcnəbi vətəndaşlar Türkiyədən 16 min 650 mənzil alıblar ki buda keçən ilin eyni dövrü ilə müqayisədə 37,8 faiz azdır.

May ayında əcnəbilər ən çox mənzili Antalya şəhərindən alıblar.

Belə ki, Antalyada əcnəbilərə satılan mənzillərin sayı 1 min 254 olub ki, onu sırası ilə 934 mənzil ilə İstanbul və 249 mənzil ilə Mersin izləyib.

Əlavə olaraq qeyd edək ki, Türkiyədə ən çox mənzil alan xarici vətəndaşlar 991 nəfər ilə Rusiyadan olub. Onları sırası ilə İran (503), Ukrayna (175) və İraq (129) izləyib.

Milli.Az


Etiketlər:  Mayda Türkiyədə satın alınan mənzillərin sayı azalıb


RƏYLƏR