Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyun 2023 22:51
Şimali Kipr Türk Respublikasındakı (KKTC) Ercan Hava Limanının yeni terminalı iyul ayının 20-də istifadəyə veriləcək.
Sonxeber.net TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz bildirib.
Qeyd edək ki, KKTC Baş naziri Ünal Üstel, Türkiyənin Lefkoşa səfiri Metin Feyzioğlu vitse-prezident Cevdet Yılmazı müşaiyət ediblər.
"Rəcəb Tayyib Ərdoğan ötən günlərdə baş tutan səfəri zamanı bu layihənin tamamlanmalı olduğunu çox açıq şəkildə ifadə edib", - deyə Yılmaz qeyd edib.
O bildirib ki, terminal binasında araşdırmalar apararaq, bəzi texniki məsələlər üzrə görüşlər keçiriləcək.
Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan prezident seçildikdən sonra ilk səfərini KKTC-yə edib.