Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Oktyabr 2019 16:24
Bakı. Elçin Mehdiyev - Trend:
Azərbaycan Beynəlxalq Bankından 9600-dən çox problemli aktiv qəbul etmişdik. Bu günə qədər 3.2 milyard manatdan çox borc ödənilib.
Trend-in məlumatına görə, bunu "Aqrarkredit" QSC-nin İdarə Heyətinin sədri, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının sədri Məmməd Musayev bu gün Yeni Azərbaycan Partiyasının binasında keçirilən mətbuat konfransında deyib.
O qeyd edib ki, 1300-dən çox borclunun borcu ödənilib:
"Bu sahədə işlər davam etdirilir, mümkün olduğu halda kreditlər restrukturizasiya edilir. Kredit borcu olanlardan 4 mindən çoxu fiziki şəxslərdir".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin