Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ərəb ölkələri ilk dəfə koronavirus məhdudiyyətləri olmadan Qurban bayramını qeyd edir

Ərəb ölkələri ilk dəfə koronavirus məhdudiyyətləri olmadan Qurban bayramını qeyd edir

Tarix: 28 Iyun 2023 07:26

Ərəb ölkələri ilk dəfə koronavirus məhdudiyyətləri olmadan Qurban bayramını qeyd edir.

Sonxeber.net report-a istinadən xəbər verir ki, dünyanın digər bölgələrində olduğu kimi Yaxın Şərq müsəlmanları da əsas İslam bayramlarından biri olan Qurban bayramını qeyd edirlər. Ərəb ölkələrində 2020-ci ildən bəri ilk dəfə olaraq bayram tədbirləri koronavirus məhdudiyyəti olmadan keçiriləcək.

Qurban bayramı hər bir müsəlmanın həyatında vacib sayılan Həccin - Səudiyyə Ərəbistanının Məkkə şəhərində İslamın müqəddəs yerlərinə ziyarətin başa çatması ilə bağlıdır. İyunun 27-də 1,8 milyondan çox zəvvar Həccin əsas ayinini - Ərəfat dağında dayanaraq keçirib.

Bu gün zəvvarlar şeytanı daşqalaq etmək ayinini yerinə yetirəcək və Həcc ziyarətini Kəbəni yeddi dəfə dolanaraq tamamlayacaqlar.

Ərəb ölkələrində Qurban bayramı münasibətilə qeyri-iş günləri elan edilib. Məsələn, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanında özəl şirkətlərin və dövlət idarələrinin əməkdaşları 4 gün istirahət edəcəklər.


Etiketlər:  Ərəb ölkələri dəfə koronavirus məhdudiyyətləri olmadan Qurban bayramını qeyd edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ