Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İlin ilk 5 ayında İngiltərədən Türkiyə limanlarına 2 milyon tondan çox yük daşınıb

İlin ilk 5 ayında İngiltərədən Türkiyə limanlarına 2 milyon tondan çox yük daşınıb

Tarix: 29 Iyun 2023 12:30

2023-cü ilin yanvar-may aylarında İngiltərədən Türkiyə limanlarına 2 milyon 631 min 53 ton yük daşınıb.

Milli.Az xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, Türkiyə bayrağı altında üzən gəmilər İngiltərədən limanlara 8 min 300 ton, digər ölkələrin bayraqları altında üzən gəmilər isə 2 milyon 613 min 747 ton yük çatdırıb.

Bu müddət ərzində İngiltərə bayraqlı gəmilərlə Türkiyə limanlarına 9 min 6 ton yük çatdırılıb. 2023-cü ilin yanvar-may aylarında Türkiyə limanlarına İngiltərədən 354 min 56 ton tranzit yük daşınıb.

Qeyd edək ki, 2023-cü ilin may ayında Türkiyə limanları 35 milyon 489 min 337 ton yük qəbul edib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 574 min 720 ton təşkil edib.

Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 32 milyon 914 min 614 ton olub.

Bununla yanaşı, 2023-cü ilin may ayında Türkiyə limanlarından 5 milyon 496 min 794 ton transit yük daşınıb.

Nazirlikdən verilən məlumata görə, 2023-cü ilin yanvar-may aylarında Türkiyə limanları 160 milyon 766 min 21 ton yük qəbul edib.

2023-cü ilin yanvar-may aylarında Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 11 milyon 440 min 507 min ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 149 milyon 325 min 514 ton təşkil edib.

Məlumatda bildirilib ki, 2023-cü ilin yanvar-may aylarında Türkiyə limanlarından 28 milyon 934 min 777 ton transit yük daşınıb.

Milli.Az


Etiketlər:  İlin ilk 5 ayında İngiltərədən Türkiyə limanlarına 2 milyon tondan çox yük daşınıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ