Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"İspan romantikası"nın aktrisası vəfat etdi

Tarix: 29 Iyun 2023 14:25

İspaniyanın ən məşhur aktrisalarından biri, rəqqasə-müğənni Karmen Sevilla vəfat edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, 92 sənətçi Madriddəki xəstəxanaların birində dünyasını dəyişib.

Sevilya 2015-ci ildən yaşadığı qocalar evindən vəziyyəti kəskin pisləşdiyi üçün xəstəxanaya köçürülüb. 2009-cu ildə sənətçiyə alzheimer diaqnozu qoyulub.

Qeyd edək ki, aktrisa "O, qaraçı idi", "Ehtiras dəyirmanı", "Don Xuan", "İspan romantikası", "Layiqli Zina", "Çılpaq terapiya", "İngilis dilində striptiz" kimi məşhur filmlərdə rol alıb.

Milli.Az


Etiketlər:  İspan romantikasının aktrisası vəfat etdi


RƏYLƏR