Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yanvar-may aylarında İspaniyadan Türk limanlarına daşınan yüklərin həcmi açıqlanıb

Yanvar-may aylarında İspaniyadan Türk limanlarına daşınan yüklərin həcmi açıqlanıb

Tarix: 30 Iyun 2023 12:06

2023-cü ilin yanvar-may aylarında İspaniyadan Türkiyə limanlarına 4 milyon 464 min 116 ton yük daşınıb.

Milli.Az TurkicWorld-a istinadla xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, Türkiyə bayrağı altında üzən gəmilər İspaniyadan limanlara 404 min 510 ton, digər ölkələrin bayraqları altında üzən gəmilər isə 4 milyon 51 min 632 ton yük çatdırıb.

Bu müddət ərzində İspaniya bayraqlı gəmilərlə Türkiyə limanlarına 7 min 974 ton yük çatdırılıb. 2023-cü ilin yanvar-may aylarında Türkiyə limanlarına İspaniyadan 1 milyon 387 min 762 ton tranzit yük daşınıb.

Qeyd edək ki, 2023-cü ilin may ayında Türkiyə limanları 35 milyon 489 min 337 ton yük qəbul edib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 574 min 720 ton təşkil edib.

Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 32 milyon 914 min 614 ton olub.

Bununla yanaşı, 2023-cü ilin may ayında Türkiyə limanlarından 5 milyon 496 min 794 ton transit yük daşınıb.

Nazirlikdən verilən məlumata görə, 2023-cü ilin yanvar-may aylarında Türkiyə limanları 160 milyon 766 min 21 ton yük qəbul edib.

2023-cü ilin yanvar-may aylarında Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 11 milyon 440 min 507 min ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 149 milyon 325 min 514 ton təşkil edib.

Məlumatda bildirilib ki, 2023-cü ilin yanvar-may aylarında Türkiyə limanlarından 28 milyon 934 min 777 ton transit yük daşınıb.

Milli.Az


Etiketlər:  Yanvar aylarında İspaniyadan Türk limanlarına daşınan yüklərin həcmi açıqlanıb


RƏYLƏR