Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qubaya istirahətə gedənlər DİQQƏTLİ OLUN!... - VİDEO

Qubaya istirahətə gedənlər DİQQƏTLİ OLUN!... - VİDEO

Tarix: 6 Iyul 2023 12:22

Qubanın dağlarına güclü leysan yağıb.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, nəticədə avtomobillər yolda qalıb, körpüləri sel aparıb, yollar bağlanıb.

Belə ki, Qubanın Söhüb kəndinə güclü leysan yağıb, soradan dolu ilə müşahidə olunub.

Rük kəndindən Qubaya getmək istəyən sürücü yolda qalıb və bildirir ki, yollar bağlıdır. Qubadan 70-80 km məsafədə yerləşən kəndlərə getmək mümkün deyil.

Dolu ilə müşahidə edilən yağış Söhüb və Rük kəndlərindəki kartof sahələrini yuyub.  Güclü sel Söhüb çayına da gəlib. Selin çoxluğuna görə avtomobillər çayı keçə bilməyib. Bir neçə avtomobil çayın içərisində qalıb. 

Söhüb kəndindəki mağazaya da sel ziyan vurub. Sel o qədər güclü olub ki, xeyli uzaqlıqda olan mağazanın içinə də su dolub.

Quba rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra Edən Tariyel İbrahimov "Xəzər Xəbər"ə bildirib ki, sözügədən kəndə texnikalar bundan qabaq da göndərilib, indiki selə görə də göndəriləcək.

Yolların açılması yağışdan sonra həllini tapacaq.

Qeyd edək ki, sel Qubanın Yerfi və Talış kəndində də yoları baxımsız vəziyyətə salıb.

Hazırda əraziyə texnikalar cəlb olunub və yolların açılması istiqamətində işlər gedir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az


Etiketlər:  Qubaya istirahətə gedənlər DİQQƏTLİ OLUN VİDEO


RƏYLƏR