Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyul 2023 00:30
Meyxanaçı Namiq Qaraçuxurlu "7 canlı" verilişində qonaq olub.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, ifaçı ünvanına səsləndirilən tənqidlərə münasibət bildirib. O, düzgün iradların olmamasından gileylənib:
"Özümə arxayın adam deyiləm, tənqidi yanaşıram. Amma hazırda ən böyük problem odur ki, biz doğru tənqidçilərə həsrət qalmışıq. Yəni, tərbiyəli formada, normal şəkildə, düşüncəsi, məntiqi yerində olan tənqidçilərə həsrətik. Bu səbəbdən də bizim bəzi işlərimiz geridə qalıb. Təhqir bir yana, məntiqli tənqidlər olmalıdır. Əgər mənə irad bildirirlərsə, görməliyəm ki, düz deyir".