Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prezident: Bizim Xəzərdəki gəmiqayırma imkanlarımıza da yenidən baxmalıyıq

Prezident: Bizim Xəzərdəki gəmiqayırma imkanlarımıza da yenidən baxmalıyıq

Tarix: 11 Iyul 2023 19:18

Bizim Xəzərdəki gəmiqayırma imkanlarımıza da yenidən baxmalıyıq, çünki qonşu ölkələrdən sifarişlər gəlir.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu fikri Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə söyləyib.

Gəmiqayırma zavodumuzun mövcud daşıma imkanlarına hesablandığını diqqətə çatdıran dövlətimizin başçısı deyib: "Eyni zamanda, uzun illər fəaliyyət göstərən gəmilərin sıradan çıxmasını da nəzərə alırıq. Çünki onlar sıradan çıxır, təzələnməlidir. Amma indi daha böyük tələbat var - həm bizim, həm də ki, qonşu ölkələrin. Beləliklə, istisna deyil ki, biz nə vaxtsa gəmiqayırma zavodunun istehsalat sahələrinin genişləndirilməsinə də başlaya bilərik".


Etiketlər:  Prezident Bizim Xəzərdəki gəmiqayırma imkanlarımıza yenidən baxmalıyıq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ