Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Otokar dünya nəhəngləri ilə qlobal miqyasda rəqabət aparır – Serdar Görgüç

Otokar dünya nəhəngləri ilə qlobal miqyasda rəqabət aparır – Serdar Görgüç

Tarix: 13 Iyul 2023 20:16

Otokarın texnologiya və mühəndislik imkanları dünya nəhəngləri ilə qlobal miqyasda rəqabət aparır.

Milli.Az TurkicWorld-a istinadla xəbər verir ki, bu barədə Türkiyənin Otokar şirkətinin baş direktoru Serdar Görgüç bildirib.

"Otokar olaraq ALPAR ilə texnoloji yenilikləri təqib edərək Türk müdafiə sənayemiz üçün yenilikçi bir həll təklif etməkdən qürur duyuruq" - deyə Görgüç qeyd edib.

40-dan çox ölkədə 60-a yaxın hərbi maşın istifadəçisinə xidmət göstərən, NATO və Birləşmiş Millətlər təchizatçısı olan Otokar, zirehli məhsul ailəsinə ALPAR ağır sinifli paletli pilotsuz quru vasitəsini, ARMA II 8x8 avtomobilini və AKREP II R kəşfiyyat-nəzarət maşınını əlavə etdib.

Görgüç qeyd edib ki, dünya müdafiə sənayesi xərcləri 2022-ci ildə yüzdə 3,7 artıb.

Xatırladaq ki, Otokar quruluşunun 60-cı ilini qeyd edir.

Milli.Az


Etiketlər:  Otokar dünya nəhəngləri ilə qlobal miqyasda rəqabət aparır Serdar Görgüç


RƏYLƏR