Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranlı qadının mədəsindən 126 həşiş kapsulu çıxdı

İranlı qadının mədəsindən 126 həşiş kapsulu çıxdı

Tarix: 14 Iyul 2023 03:34

İranın mərkəzindəki İsfahan əyalətində hava limanında aparılan axtarış zamanı qadının mədəsində 126 həşiş kapsulu aşkar edilib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, İsfahandan uçmağa hazırlaşan qadının davranışı hüquq-mühafizə orqanlarının əməkdaşlarına şübhəli görünüb. Saxlanılan zaman həkim müayinəsi aparılıb və nəticədə şübhəlinin mədəsində narkotik maddə dolu kapsulların olduğu müəyyən edilib.

Qadın əməlini etiraf edib. O, xəstəxanaya aparılıb və mədəsindən 126 kapsul həşiş çıxarılıb. Onların ümumi çəkisi təxminən 1,74 kq olub.

İş baxılması üçün müvafiq orqanlara göndərilib.

Milli.Az


Etiketlər:  İranlı qadının mədəsindən həşiş kapsulu çıxdı


RƏYLƏR