Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ağır xəstəliyə tutulan məşhur aktyorun son halı - FOTO

Ağır xəstəliyə tutulan məşhur aktyorun son halı - FOTO

Tarix: 14 Iyul 2023 06:35

48 yaşlı məşhur aktyor Ufuk Özkan qaraciyər çatışmazlığından əziyyət çəkir.

Milli.Az olay-a istinadən bildriir ki, o, bu səbəbdən də orqan transplantasiyası üçün müraciət edib.

Ufuk Özkan bir müddətdir ki, səhhətindəki problemlər səbəbindən çətin günlər yaşayır. 

Qeyd edək ki, çəki itirməsi ilə diqqət çəkən aktyor səhv pəhriz saxladığını, buna görə də immun sisteminin çökdüyünü açıqlamışdı.

Səhhətindəki problemlərə baxmayaraq, iş həyatına fasilə verməyən, bir-birinin ardınca serial və filmlərdə rol alan Özkan bir müddət əvvəl Ersoy Gülərin ssenarisini yazıb rejissorluq etdiyi "Sağ Salim 3: Ölü ya da diri" filminin aktyor heyətinə daxil edilib.

Həmin vaxt isə Ufuk Özkanın qaraciyər çatışmazlığı səbəbindən orqan nəqli üçün müraciət etdiyi öyrənilib.


Milli.Az


Etiketlər:  Ağır xəstəliyə tutulan məşhur aktyorun son halı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ