Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu gün MİQ imtahanları keçiriləcək

Bu gün MİQ imtahanları keçiriləcək

Tarix: 14 Iyul 2023 07:32

Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsi davam edir.

Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzindən Milli.Az-a bildirilib ki, bu gün imtahanların birinci seansına Azərbaycan dili və ədəbiyyat, Azərbaycan dili, ikinci seansına isə ingilis dili, təsviri incəsənət fənləri üzrə namizədlər dəvət olunub.

Xatırladaq ki, test imtahanları iyulun 11-dən başlanıb və iyulun 15-dək davam edəcək. Ümumilikdə 58 minə yaxın namizədin iştirak edəcəyi imtahanlar ölkənin 13 şəhəri üzrə 29 imtahan mərkəzində keçirilir. Namizədlər şəxsi səhifələrinə daxil olaraq imtahanların keçiriləcəyi tarix və məkanla tanış ola bilərlər. İmtahanda namizədlərə 150 dəqiqə vaxt verilir.

Cari ildə 10 min müəllimin işə qəbulu hədəflənib. Vakansiya seçimində ilk olaraq şəhid ailələrinin üzvləri iştirak edə biləcəklər. Hər müəllim vakansiya seçimində maksimum 8 yer seçə bilər.

Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin təşkilində məqsəd savadlı və bacarıqlı müəllimlərin seçilməsidir.

Xatırladaq ki, riyaziyyat fənni üzrə 4 min 400, fiziki tərbiyə və kimya fənləri üzrə 5 min 430 namizəd, tarix və coğrafiya fənləri üzrə 6 min 353, informatika, fizika və fransız dili fənləri üzrə 6 min 627, ibtidai sinif müəllimliyi üzrə 11 min 4, musiqi fənni üzrə isə 3 min 255 namizəd imtahanlarda iştirak edib.

Milli.Az


Etiketlər:  Bu gün MİQ imtahanları keçiriləcək


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ