Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyul 2023 09:46
Rusiya Federasiyasının Samara vilayətindəki qarajlardan birində qeyri-qanuni meyitxana aşkar edilib.
Orada cəsədlər üzərində "ət" və "dondurma" yazıları olan adi mağaza soyuducularında saxlanılıb.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, yaşlı qadın və kişilərin cəsədlərini yerli bloqer Kseniya Stefan aşkar edib. Soyuducuların üzəri karton parçaları ilə örtülüb.
Meyitlərin ətrafında çələnglər və xaçlar da tapılıb. Ehtimal ki, qarajı yerli dəfn xidmətləri şirkətlərindən biri meyitxanaya çevirib.
Məsələ ilə bağlı artıq polisə müraciət olunub.