Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda təbii və texnogen hadisələrin sayı artıb

Azərbaycanda təbii və texnogen hadisələrin sayı artıb

Tarix: 26 Oktyabr 2019 00:48

Fövqəladə Hallar Nazirliyi (FHN) bu ilin doqquz ayında respublika ərazisində baş vermiş təbii və texnogen mənşəli hadisələrə dair statistik məlumatı açıqlayıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, hesabat dövründə respublika ərazisində təbii və texnogen mənşəli 14 min 192 hadisə baş verib. Bu da 2018-ci ilin doqquz ayı ilə müqayisədə 622 hadisə və ya 5 faiz çoxdur.

Həmin hadisələr nəticəsində 60 nəfər həlak olub, 243 nəfər xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən 52 nəfər xilas edilib, 1030 nəfər təxliyə olunub.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərbaycanda təbii texnogen hadisələrin sayı artıb


RƏYLƏR