Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Cinayət törətməkdə şübhəli bilinən 81 nəfər saxlanılıb

Cinayət törətməkdə şübhəli bilinən 81 nəfər saxlanılıb

Tarix: 17 Iyul 2023 15:34

Cinayət törətməkdə şübhəli bilinən 81 nəfər saxlanılıb

DİN-in mətbuat xidmətindən Sonxeber.net-a verilən məlumata görə, iyulun 15-də və 16-da ölkə ərazisində qeydə alınan 116, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 49, o cümlədən borclu şəxs qismində axtarışda olan 42 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb. Narkotiklərlə əlaqəli 47, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 13 fakt müəyyən edilib.


Etiketlər:  Cinayət törətməkdə şübhəli bilinən nəfər saxlanılıb


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ