Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Belarus parlamentinin sədri: Bu gün dünya özünün növbəti çətin dövrünü yaşayır

Belarus parlamentinin sədri: Bu gün dünya özünün növbəti çətin dövrünü yaşayır

Tarix: 26 Oktyabr 2019 10:39

Bakı. Elçin Mehdiyev – Trend:

Bu gün dünya özünün növbəti çətin dövrünü yaşayır, qlobal siyasət getdikcə daha anlaşılmaz olur.

Trend-in məlumatına görə, bunu Belarus Respublikası parlamentinin Nümayəndələr Palatasının sədri Vladimir Andreyçenko Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının Bakıda keçirilən XVIII Zirvə Görüşündə debat müzakirələrində deyib.

Sədr qeyd edib ki, terrorizm, iqlim dəyişikliyi, nüvə silahlarının yayılması kimi mühüm çağırışlar birgə fəaliyyət göstərilməsini zəruri edir: “Lakin etimadın olmaması bu istiqamətdə fəaliyyət göstərməyə mane olur. Ona görə də biz ilk növbədə dövlətlər arasında etimadı möhkəmləndirməliyik”.

V.Andreyçenko vurğulayıb ki, Belarus bir sıra yeni ideyalarla və təkliflərlə çıxış edir. Onun sözlərinə görə, Belarus yeni dünya düzəni adlı konfransının keçirilməsini, Hərəkatın uzunmüddətli strateji sənədin hazırlanmasını təklif edir: “Biz bundan sonra da dövlətlərin suvrenliyinin, müstəqilliyinin, dövlətlərin daxili işlərinə müdaxilə olunmamasının, münaqişələrin dinc yolla həllinin tərəfdarı olacağıq”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Belarus parlamentinin sədri gün dünya özünün növbəti çətin dövrünü yaşayır


RƏYLƏR