Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Oktyabr 2019 13:03
Bakı. Samir Əli - Trend:
Lənkəranda sanatoriyada ölüm hadisəsi baş verib.
Trend-in məlumatına görə, hadisə şəhər ərazisində fəaliyyət göstərən "Palıdlı sahil" istirahət Mərkəzində qeydə alınıb.
Sumqayıt şəhər sakini, 1961-ci il təvəllüdlü Ağayev Elbrus Əsgər oğlu istirahət mərkəzinin birinci mərtəbəsindəki vanna otağında yod-brom vannası qəbul edərkən qəfil vəziyyəti pisləşib. E.Ağayev vannada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin