Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Maşınım belə yoxdur…” - Məşhur şoumen

“Maşınım belə yoxdur…” - Məşhur şoumen

Tarix: 20 Iyul 2023 17:10

"Mən daşınmaz əmlak alan adam deyiləm. Biz dost qazanırıq, dostluğa ehtiyacımız var. Torpaqdan, maşından mənə nə? Mənim maşınım belə yoxdur..."

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu fikirləri yutub platformasında yayımlanan "Nə olursan ol, rahat ol" proqramında qonaq olan tanınmış şoumen Ata Demirer bildirib.

O, mal-mülkə əhəmiyyət vermədiyini, ən böyük şansının isə nə istədiyini bilməsi olduğunu söyləyib: "Mən böyük şeyləri sevmirəm. Heç maşınım da yoxdur, bir qayığım və zeytun bağım var".

Həmçinin arıqlaması ilə diqqət çəkən Demirer buna həkim məsləhəti ilə nail olduğunu söyləyib: "Bir dostum mədəsindən əməliyyat olundu. Həkim dedi ki, çörək yeməsin. Səhər yeməyi üçün sadəcə bir dilim məsləhət görüb, nahar və şam yeməyində isə tövsiyə etməyib. Mən də eyni taktikadan istifadə etdim. Gündə bir saat ya üzdüm, ya da piyada gəzdim".

Milli.Az


Etiketlər:  Maşınım belə yoxdur Məşhur şoumen


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ