Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyul 2023 23:42
"ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus strateji sualtı qayığının Cənubi Koreyanın Busan limanına daxil olması bizim nüvə silahından istifadə etməyimizə səbəb ola bilər".
Sonxeber.net report-a istinadən xəbər verir ki, bunu Koreya Xalq Demokratik Respublikasının (KXDR) müdafiə naziri Kanq Sun Nama deyib.
"Biz ABŞ ordusuna xatırladırıq ki, strateji yerləşdirmələrin, o cümlədən strateji nüvə sualtı qayıqlarının görünməsinin artırılması nüvə silahının istifadəsi şərtlərinə daxildir"-deyə, o bildirib.
Nazir bildirib ki, ABŞ onun nüvə aktivlərinin çox təhlükəli sulara daxil olduğunu bilməlidir.