Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Separatçıların keçmiş rəhbəri HƏBS EDİLDİ

Separatçıların keçmiş rəhbəri HƏBS EDİLDİ

Tarix: 21 Iyul 2023 20:46

Moskva şəhər məhkəməsi Donetsk seprataçılarının keçmiş rəhbəri İqor Strelkovu həbs edib.

Sonxeber.net APA-ya istinadən bildirir ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin İstintaq İdarəsi Strelkov barəsində Cinayət Məcəlləsinin ekstrimizmə çağırış maddəsi ilə cinayət işi açıb, məhkəmədən onun barəsində həbs-qətimkan tədbirinin seçilməsini istəyib.

Məhkəmə istintaq orqanının xahişini qəbuı edib və Strelkov barəsində iki aylıq, sentyabrın 18-dək həbs-qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edib.

Qeyd edək ki, Strelkov Rusiya Prezidenti Vladimir Putini və Silahlı Qüvvələr rəhbərliyini Ukraynadakı hərbi əməliyyatların uğursuz aparılması ilə bağlı sərt tənqid edib.


Etiketlər:  Separatçıların keçmiş rəhbəri HƏBS EDİLDİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ