Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İspaniyalı futbolçu Azərbaycan klubunda

İspaniyalı futbolçu Azərbaycan klubunda

Tarix: 24 Iyul 2023 22:26

"Turan Tovuz" heyətini yeni futbolçu ilə gücləndirib.

Klubdan Milli.Az-a verilən məlumata görə, Tovuz təmsilçisi İspaniyanın "Sportinq Xixon" komandasının yetirməsi olan yarımmüdafiəçi Alexandro Qarsiya Serranonu transfer edib.

28 yaşlı oyunçu ilə 1+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Serrano karyerası ərzində "Malyorka", "Selta", "Salamanka", "Kornelya", "Qurnik" (Polşa) klublarının formasını geyinib. O, son olaraq Bolqarıstan təmsilçisi "Hebar"ın şərəfini qoruyub.

Milli.Az


Etiketlər:  İspaniyalı futbolçu Azərbaycan klubunda


RƏYLƏR