Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Putin bu ölkələrə pulsuz taxıl ixracına söz verdi

Putin bu ölkələrə pulsuz taxıl ixracına söz verdi

Tarix: 27 Iyul 2023 16:22

Rusiya Prezidenti Vladimir Putin ölkəsinin Afrikaya taxıl ixracında Ukraynanı əvəz edə biləcəyini deyib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Vladimir Putin Sankt-Peterburqda keçirilən Afrika ölkələrinin liderlərinin iştirak etdiyi Rusiya-Afrika sammitində bildirib.

Onun sözlərinə görə, Rusiya Afrikaya taxıl ixracında Ukraynanı əvəz edə bilər və Moskva üç-dörd ay ərzində altı ölkəyə pulsuz taxıl tədarük etməyə hazırdır.

Putin bu altı ölkə siyahısında Burkina Faso, Zimbabve, Mali, Somali, Mərkəzi Afrika Respublikası və Eritreyanın adını çəkib. Rusiya Prezidenti əlavə edib ki, onların hər biri 25-50 min ton taxıl əldə edəcək.

Milli.Az


Etiketlər:  Putin bu ölkələrə pulsuz taxıl ixracına söz verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ