Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Iyul 2023 08:12
Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi fonunda Finlandiya, İsveçrə və İsveç ABŞ Milli Qvardiyasının təhlükəsizlik üzrə tərəfdaşlıq proqramına qoşulmağı düşünür.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə ABŞ Milli Qvardiyasının komandanı Den Hokanson məlumat verib.
Onun sözlərinə görə, artıq birtərəf olmaqdan imtina etmiş Finlandiya və İsveç ABŞ-la tərəfdaşlıq haqda danışıqlar aparır. İsveçrə isə digər ölkələrin Milli Qvardiya ilə əlaqələrini nəzərdən keçirir və gələcəkdə belə bir proqramın mümkünlüyünü qiymətləndirir.