Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Iyul 2023 23:44
6992 gündən sonra evlilik təklifinə "hə" dedi - Fotolar
Malayziyalı aktrisa və rəqqasə Mişek Yeo 19 ildir münasibətdə olduğu tanınmış idman xadimi Jan Todtla ailə həyatı qurub.
Sonxeber.net "qafqazinfo"ya istinadən xəbər verir ki, cütlük ötən gün Cenevrədə evlənib.
Onların xoş günündə doğmaları və yaxın dostları iştirak ediblər.
Xatırladaq ki, M. Yeo və J. Todt 2004-cü il iyunun 4-də Şanxayda tanış olublar. Elə həmin il iyulun 26-da Todt ona evlilik təklifi edib. Aktrisa 6992 gündən sonra "hə" deyib.