Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistanın İsraildəki sabiq səfiri və oğlu saxlanıldı

Ermənistanın İsraildəki sabiq səfiri və oğlu saxlanıldı

Tarix: 29 Iyul 2023 15:36

Ermənistanın İsraildəki sabiq səfiri Armen Smbatyan və oğlu Sergey Smbatyan saxlanılıb.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.

Armen Smbatyan və oğlu dələduzluqda şübhəli sayılır. Qeyd edilib ki, onların qanunsuz əməlləri nəticəsində dövlətə 966 milyon dram (təxminən 2.5 milyon dollar) məbləğində ziyan dəyib.

Qeyd edək ki, Sergey Smbatyan Ermənistan Dövlət Simfonik Orkestrinin baş dirijorudur.


Etiketlər:  Ermənistanın İsraildəki sabiq səfiri oğlu saxlanıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ