Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Matçdan sonra toqquşma olub, polis əməkdaşları xəsarət alıb

Matçdan sonra toqquşma olub, polis əməkdaşları xəsarət alıb

Tarix: 30 Iyul 2023 18:48

Argentinanın "Boka Xuniors" və "İndependent" futbol klubları arasında keçirilən oyundan sonra azarkeşlərlə polis arasında toqquşma olub.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "Clarin"qəzeti məlumat yayıb.

Hadisədə altı polis əməkdaşı xəsarət alıb.

Rəqibinə 0:2 hesabı ilə uduzan "İndependent"in azarkeşləri aqressiv şəkildə narazılıqlarını ifadə etməyə, hüquq-mühafizə orqanlarının əməkdaşlarına və klub rəhbərliyinin nümayəndələrinə daş atmağa başlayıblar.

Polis rezin güllələrlə cavab verib.

Toqquşmada 11 nəfər saxlanılıb.

Milli.Az


Etiketlər:  Matçdan sonra toqquşma olub polis əməkdaşları xəsarət alıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ