Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Verstappen Belçika Qran Prisinin qalibi oldu

Verstappen Belçika Qran Prisinin qalibi oldu

Tarix: 30 Iyul 2023 23:58

"Red Bull" komandasının niderlandlı pilotu Maks Verstappen "Formula1" üzrə dünya çempionatının 12-ci turu olan Macarıstan Qran Prisinin qalibi olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, yarışlar "Spa-Francorchamps" dairəsində keçirilib.

İkinci yeri Verstappenin komanda yoldaşı meksikalı Serxio Peres tutub. İlk üçlüyü "Ferrari"nin moneqasklı üzvü Çarlz Lekler tamamlayıb.

Qeyd edək ki, Verstappen seçmə mərhələdə qalib gəlsə də, daha əvvəl sürət qutusunu dəyişdirdiyinə görə beş yerlik cəza almış və yarışa altıncı yerdən başlamışdı.

Qran Prinin növbəti mərhələsi avqustun 25-dən 27-dək Niderlandda keçiriləcək.

Milli.Az


Etiketlər:  Verstappen Belçika Qran Prisinin qalibi oldu


RƏYLƏR