Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sadio Mane rəsmən “Əl-Nəsr”də

Sadio Mane rəsmən “Əl-Nəsr”də

Tarix: 2 Avqust 2023 00:22

"Bavariya"nın futbolçusu Sadio Manenin "Əl-Nəsr"ə keçidi rəsmiləşib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı klubunun tviter səhifəsi məlumat yayıb.

Almaniya mətbuatı "Əl-Nəsr"in Mane üçün Münhen klubuna 40 milyon avro ödəyəcəyini yazıb.

Xatırladaq ki, "Əl-Nəsr"də Kriştiano Ronaldo, Anderson Talişka, Marselo Brozoviç, Aleks Telles, Seko Fofana kimi oyunçular da çıxış edir.

Qeyd edək ki, Mane 2022/23 mövsümündə 38 matçda iştirak edib, 12 qol vurub və 6 qolun ötürməsini verib. 

Milli.Az


Etiketlər:  Sadio Mane rəsmən Əl Nəsrdə


RƏYLƏR