Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yunanıstanda ağcaqanad virusundan ölən var

Yunanıstanda ağcaqanad virusundan ölən var

Tarix: 2 Avqust 2023 14:46

Yunanıstanda Qərbi Nil virusuna yoluxma hallarında artım müşahidə edilir.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, Yunanıstanın Milli Xalq Sağlamlığı Agentliyinin (EODY) hesabatında son bir həftədə ölkədə Qərbi Nil virusundan 8 xəstənin müalicə olunduğu bildirilib.

Beləliklə, 2023-cü ilin əvvəlindən indiyədək yoluxma sayı 11-ə yüksəlib, 2 nəfər isə həyatını itirib.

Qeyd edək ki, ilk dəfə 1937-ci ildə Uqandada aşkarlanan Qərbi Nil Virusu, illər ərzində bütün dünyaya yayılmağa davam edən infeksiyadır. Adətən "Culex" ağcaqanadlarının dişləmələri ilə ötürülür və ondan qorunmaq üçün heç bir peyvənd yoxdur. Lakin ağcaqanad dişləmələrindən qorunmaq tövsiyə olunur. Xəstəlik daha çox iyun-sentyabr ayları arasında yayılır. Xəstəliyin bütün dünyada sürətlə yayılmasının səbəbi virus daşıyan ağcaqanadların müxtəlif quş növlərini sancaraq yoluxdurmasıdır.

Ağcaqanad dişlədiyi andan inkubasiya dövrünün 2 - 14 gün arasında dəyişdiyi, immuniteti zəif olanlarda isə bu müddətin 21 günə qədər artdığı bildirilir.
Bundan əlavə qeyd edilir ki, virusa yoluxanların təxminən 80 faizində heç bir əlamət yoxdur. Xəstələrin isə təxminən 20 faizində hərarət, halsızlıq, ürəkbulanma-qusma, baş ağrısı, əzələ ağrısı kimi simptomlar müşahidə olunur.

Bu virusa yoluxmalar daha çox Afrika, Avropa, Yaxın Şərq, Şimali Amerika və Qərbi Asiyada rast gəlinir.


Etiketlər:  Yunanıstanda ağcaqanad virusundan ölən


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ