Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Avqust 2023 20:38
Kiyev rejimi rus klassiklərinin kitablarını qadağan edərək onları məhv etməyə çalışır. Belə siyasətlərin gələcəyi olmayıb və olmayacaq.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.
"Ümumrusiya mədəni məkanına inteqrasiya üçün Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin əhəmiyyət kəsb etdiyini demək olar. Sözün düzü, bu rayonların sakinləri bu məkanı heç vaxt tərk etməyiblər. Onlar həm ana dillərinə, həm də böyük rus ədəbiyyatına qarşı böyük maraq bəsləyirlər. Mən bilirəm ki, Ukraynanın indiki hakimiyyətinin rus klassiklərinin, müasirlərinin kitablarını qadağan etməsi cəhdlərinə baxmayaraq, onlar görkəmli həmvətənlərimizin əsərlərini sevirlər", - Putin bildirib.