Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Neftçi”nin “Beşiktaş”la oyunlarının vaxtı açıqlanıb, yer dəyişdirilib

“Neftçi”nin “Beşiktaş”la oyunlarının vaxtı açıqlanıb, yer dəyişdirilib

Tarix: 4 Avqust 2023 14:32

"Neftçi"nin Konfrans Liqasındakı növbəti oyunların vaxtı və yeri müəyyənləşib.

Bunu UEFA-nın mətbuat xidməti açıqlayıb.

Bakı klubunun "Beşiktaş"la avqustun 10-dakı ilk dueli Türkiyədə baş tutmalı olsa da, bu oyunun yeri dəyişdirilib. Həmin gün rəqiblərin görüşü "Bakcell Arena"da baş tutacaq. Matç saat 21:00-da başlayacaq.

Cavab görüşü avqustun 17-də keçiriləcək. İstanbuldakı "Beşiktaş Park"da təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Qeyd edək ki, "Neftçi" II təsnifat mərhələsində "Jelezniçar"ı mübarizədən kənarlaşdırıb - 2:2, 2:0.

Milli.Az


Etiketlər:  Neftçinin Beşiktaşla oyunlarının vaxtı açıqlanıb yer dəyişdirilib


RƏYLƏR