Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Vatikan “sülh naminə görüş”ə ev sahibliyi edəcək

Vatikan “sülh naminə görüş”ə ev sahibliyi edəcək

Tarix: 5 Avqust 2023 14:24

Papa Vatikanın noyabrda Əbu-Dabidə dini liderlərlə "sülh naminə görüş" təşkil etməyi planlaşdırdığını bildirib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, "Noyabrda, Dubayda keçiriləcək BMT-nin iqlim sammitindən əvvəl biz Əbu-Dabidə dini liderlərlə sülh üçün görüş təşkil edəcəyik. Vatikandan kənarda, neytral ərazidə keçiriləcək görüşün təşəbbüsünü Kardinal Pietro Parolin koordinasiya edəcək", - deyə Papa bildirib.

Qeyd edək ki, 2019-cu ilin fevralında Fransisk Ərəbistan yarımadasına səfər edən ilk pontifik olub və onun tarixi adlandırılan səfəri dinlər arasında dialoqun gücləndirilməsinə xidmət edib. Sonra dinlərarası dialoqun, əsasən də İslam dini ilə inkişafı üçün əsas olan qardaşlıq haqqında sənəd imzalanıb.

Milli.Az


Etiketlər:  Vatikan sülh naminə görüşə ev sahibliyi edəcək


RƏYLƏR