Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Oktyabr 2019 10:45
Bakı. Mətanət Nəsibova - Trend:
“Doing Business 2020” reytinqində göstəricilərin yaxşılaşması Azərbaycan rəhbərliyinin düşünülmüş siyasətinin bariz nümunəsidir.
Bunu Trend-ə ukraynalı ekspert Aleksandr Oxrimenko deyib.
Onun sözlərinə görə, buna həm də iqtisadiyyatın inkişafı üzrə strateji yol xəritələrinin qəbulu və reallaşdırılması yol açıb:
“Bu uğurun əsası ölkə qeyri-neft sektorunu fəal inkişaf etdirməyə başlayanda qoyulub. Yaxın zamanlara qədər qeyri-neft sektorunun artım tempi ümumi daxili məhsulun artım tempini əhəmiyyətli dərəcədə qabaqlayırdı, amma strateji yol xəritələrinin uğurlu icrası iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafına müsbət təsir göstərdi”.
Ekspert bildirib ki, Azərbaycan iqtisadi göstəricilərə görə, Cənubi Qafqazda lider ölkədir və postsovet ölkələri arasında aparıcı mövqedədir:
“Bu gün bir çox ölkə Azərbaycanın iqtisadi modelini nümunə götürür və bu, vacib amildir. Fikrimcə, iqtisadi islahatların davam etməsi milli iqtisadiyyatın inkişafı üçün əsas stimuldur. Bu onun göstəricisidir ki, Azərbaycanın iqtisadi modeli fundamental biliklərə əsaslanır”.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin