Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xeyriyyə ziyafətində 450-dək insan zəhərləndi

Xeyriyyə ziyafətində 450-dək insan zəhərləndi

Tarix: 8 Avqust 2023 21:00

Əfqanıstanın Host vilayətində xeyriyyə ziyafətindən sonra 450-yə yaxın insan zəhərlənib.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu barədə Əfqanıstanın İctimai Səhiyyə Departamentinin rəhbəri Fəzal Kərim Mandozay məlumat verib.

"Ümumilikdə 90-ı uşaq, 120-si qadın olmaqla 450-yə yaxın insan müalicə olunur", - deyə o, bildirib.

Departamentin rəhbəri qeyd edib ki, hazırda zəhərlənmənin nədən baş verdiyi məlum deyil. İlkin səbəb kimi aşpazların yemək bişirmə prosesində yol verdikləri səhlənkarlıq göstərilir.

Yerli polis nümayəndəsinin sözlərinə görə, hadisə ilə bağlı təhlükəsizlik xidməti araşdırma aparır.



Etiketlər:  Xeyriyyə ziyafətində dək insan zəhərləndi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ