Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Avqust 2023 23:00
Sonxeber.net bildirir ki, lent.az-ın "Bir sual, bir cavab" rubrikasında növbəti mövzusu vərəm xəstəliyinin simptomları ilə bağlıdır.
Vərəm dünyada geniş yayılmış xroniki yoluxucu xəstəlikdir və hava-damcı yolu ilə insana keçir. Vərəm xəstəliyini orqanizmə daxil olan turşuya davamlı vərəm mikrobakteriyası yaradır. Öz bioloji patogenik xüsusiyyətlərinə görə vərəm mikobakteriyaları insan, mal-qara, quş və gəmiricilər qruplarına ayrılır. 92 faiz hallarda insanlarda xəstəlik insan amili yaradır. Xəstəliyin yayılmasında yoluxmuş insanların rolu böyükdür. İnsan bədəninə daxil olan vərəm mikobakteriyası orqanizmin güclü immunitet sayəsində xəstəlik törətmir.
Maraqlıdır, vərəm xəstəliyinə yoluxduqda hansı klinik əlamətlər müşahidə olunur?
Bu barədə Səhiyyə Nazirliyi prof. Gindes adına Uşaq və Yeniyetmələr üçün Respublika Vərəm Xəstəlikləri Sanatoriyasının həkim-fiziatrı Aygün Rəhimova danışıb.
"Vərəm xəstəliyi zamanı əsasən intoksikasiya əlamətləri, zəiflik, gecələr tərləmənin artması, bədən çəkisinin azalması, 37,2-37,6 ̊C hərarət, uzunmüddətli öskürək, tez yorulma, əsəbilik, iştahanın pozulması müşahidə olunur" - deyə o bildirib.