Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

TOGG-un sedan modeli bu tarixdə satışa çıxarılacaq

TOGG-un sedan modeli bu tarixdə satışa çıxarılacaq

Tarix: 9 Avqust 2023 09:54

Türkiyənin ilk yerli istehsal elektrikli avtomobili TOGG-un sedan modeli 2025-ci ilin ilk rübündə satışa çıxarılacaq.

Milli.Az-ın TurkicWorld-ə istinadən məlumatına görə, bunu Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır deyib.

Türkiyəli nazir bildirib ki, TOGG qlobal rəqabət arenasına tək modellə deyil, digər markalar kimi, fərqli seqmentli modellərlə davam edəcək.

Qeyd edək ki, Türkiyənin ilk elektrikli avtomobili olan TOGG Türkiyə tərəfindən layihələndirilib və bu layihə qlobal marka yaratmaq məqsədilə həyata keçirilib.

Avtomobil Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Türkmənistan Respublikasının Prezidenti Serdar Berdiməhəmmədov və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman, Qətər əmiri Əl-Sani və Birləşmiş Ərəb Əmirlikləri Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyana təqdim edilib.

Milli.Az


Etiketlər:  TOGG un sedan modeli bu tarixdə satışa çıxarılacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ