Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Günel Tatlısəsin səhvini düzəltməyə cəsarət etmədi" - VİDEO

Tarix: 12 Avqust 2023 11:35

Ötən gün müğənni İbrahim Tatlısəs Kuruçeşmədə konsert verib. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, azərbaycanlı ifaçılar Tunar Rəhmanoğlu və Günel Zeynalova da konserti izləyənlər arasında olub. Onlar səhnəyə çıxaraq, Tatlısəslə mahnı oxuyublar. 

Gecədə yaşanan məqamları isə aparıcı Rövşanə Ağasəfqızı sosial şəbəkədə paylaşıb. O, Tatlısəsin "Dilbərim" Azərbaycan mahnısını kürd mahnısı kimi təqdim etməsini tənqid edib:

"Qaynayan İstanbul gecəsi... İmperatorun şirin səsi gecənin coşqusunu bir az da artırdı: səs ecazkar, ifa möhtəşəm, bizimkilərin səhnəyə çixması qanımızı lap qaynatdı. Azərbaycan adına nə varsa, ayaqüstə alqış.

Di gəl bir məqam: müəllifi Xan Şuşinski olan məşhur "Dilbərim"in qədim kürd mahnisi kimi təqdimatı idi. Mahni 1930 cu illərin məhsuludur və bəstə Xan əmiyə aiddir. 2004 cü ildə mahnının Şüşinskiyə aid olduğunu Müəllif Hüquqları Ağentliyi də rəsmi təsdiqləyib. Xülasə, heç olmasa özümüzünkilər səhnəyə çixanda söyləyərdilər. Azəri qızımız (Günel Zeynalovanı nəzərdə tutur - red.) ya bixəbərdir, ya da Tatlısəsin yanlışına düzəliş etmək cəsarətində deyildi".

Milli.Az


Etiketlər:  Günel Tatlısəsin səhvini düzəltməyə cəsarət etmədi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ