Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiya MB-dən bədbin proqnoz: Böhran gəlir

Rusiya MB-dən bədbin proqnoz: Böhran gəlir

Tarix: 12 Avqust 2023 18:12

Rusiya Mərkəzi Bankı Qərbin sanksiya təzyiqinin artacağı və 2008-ci ildəki kimi qlobal iqtisadi böhranın ola biləcəyi haqda hesabat dərc edib.

Milli.Az Axar.az-a istinadən bildirir ki, bankın "2024-2026 Dövlət Pul Siyasəti" adlı hesabatında artan inflyasiya təzyiqinin davam edə biləcəyi proqnozlaşdırılıb.

Qeyd edilir ki, faiz dərəcələrinin sürətli artımı maliyyə qurumlarının vəziyyətini daha da pisləşdirəcək. Qlobal iqtisadiyyatda isə parçalanma prosesinin sürətlənəcəyi, Rusiyaya təzyiqin daha da artırılacağı düşünülür.

Sözügedən proseslərin neft qiymətlərinə də təsir edəcəyi bildirilir. Belə ki, 2025-də Rusiyanın "Urals" markalı neftinin qiymətinin 45 dollar olacağı gözlənilir.

Milli.Az


Etiketlər:  Rusiya MB dən bədbin proqnoz Böhran gəlir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ