Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Oktyabr 2019 16:24
Bakı. Trend:
24-27 oktyabr tarixlərində İsrailin Holon şəhərində akrobatika gimnastikası üzrə 10-cu Avropa Yaş Qrupu Yarışları keçirilib.
Trend-in məlumatına görə, ölkəmizi 12-18 yaş qrupunda Leyla Bəşirli, Mənsumə Məmmədzadə və Nəzrin Fərmanovadan ibarət qadın qrupu, Nizam Xamidulin və Mehriban Salamovadan ibarət qarışıq cütlük, 11-16 yaş qrupunda isə Rauf Cabbarov və Samirə Rüstəmovadan ibarət qarışıq cütlük təmsil edib.
Hər üç proqram üzrə çıxış edən gimnastlarımız finala vəsiqə qazanmağı bacarıblar. Final mərhələsində Nizam və Mehriban cütlüyü 7-ci, Rauf və Samirə 8-ci, qadın qrupumuz isə 10-cu yerdə qərarlaşıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin