Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qaxda yol tikintisinə 4,9 milyon manat ayrılıb - SƏRƏNCAM

Qaxda yol tikintisinə 4,9 milyon manat ayrılıb - SƏRƏNCAM

Tarix: 16 Avqust 2023 13:42

Prezident İlham Əliyev Qax rayonunun Qax-Qaşqaçay-Armudlu (11 km)-Aşağı Malax-Qaşqaçay-Armudlu avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncama əsasən, iki min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Qax-Qaşqaçay-Armudlu (11 km)-Aşağı Malax-Qaşqaçay-Armudlu avtomobil yolunun tikintisi məqsədilə "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.31.7-ci yarımbəndinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 4,9 milyon (dörd milyon doqquz yüz min) manat ayrılıb.

Maliyyə Nazirliyinə sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Milli.Az


Etiketlər:  Qaxda tikintisinə milyon manat ayrılıb SƏRƏNCAM


RƏYLƏR