Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Superliqada 17 günlük baş məşqçi

Superliqada 17 günlük baş məşqçi

Tarix: 28 Oktyabr 2019 16:56

"Kayserispor"un yeni baş məşqçisi Samet Aybaba istefa verib.

Qol.az xəbər verir ki, bunu çalışdırıcı özü Türkiyə mətbuatına açıqlamasında deyib.

O, qərarını bu cür izah edib: "Bu ayın əvvəlində bir neçə variantım olsa da, "Kayserispor"a üstünlük verdim. Ancaq geridə qalan 17 gün ərzində əziyyətimin qarşılıqsız qaldığını, futbolçuların məsuliyyətsiz davranışını gördüm. Pozitiv heç nə görmədim. Futbol ürəklə və inamla oynanılır".

Qeyd edək ki, "Kayserispor"  oktybarın 11-də Samet Aybaba ilə 1.5 illik müqavilə imzalamışdı.

 

 


Etiketlər:  Superliqada günlük baş məşqçi


RƏYLƏR