Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xorvatiyadan Türk limanlarına 550 min tondan çox yük daşınıb

Xorvatiyadan Türk limanlarına 550 min tondan çox yük daşınıb

Tarix: 17 Avqust 2023 14:40

2023-cü ilin yanvar-iyul aylarında Xorvatiyadan Türk limanlarına 558 min 182 ton yük daşınıb.

Milli.Az xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Məlumata görə, Türkiyə bayrağı altında üzən gəmilər Xorvatiyadan limanlara 35 min 503 ton, digər ölkələrin bayraqları altında üzən gəmilər isə 369 min 316 ton yük çatdırıb.

Bu müddət ərzində Xorvatiya bayraqlı gəmilərlə Türkiyə limanlarına 153 min 363 ton yük çatdırılıb. 2023-cü ilin yanvar-iyul aylarında Türkiyə limanlarına Xorvatiyadan 784 min 679 ton tranzit yük daşınıb.

Qeyd edək ki, 2023-cü ilin iyul ayında Türkiyə limanları 32 milyon 524 min 506 ton yük qəbul edib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 449 min 881 ton təşkil edib.

"Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 30 milyon 74 min 625 ton olub", - deyə nazirlikdən bildirilib.

Bununla yanaşı, 2023-cü ilin iyul ayında Türkiyə limanlarından 6 milyon 134 min 671 ton tranzit yük daşınıb.

Məlumata əsasən, 2023-cü ilin yanvar-iyul aylarında Türkiyə limanları 227 milyon 32 min 354 ton yük qəbul edib.

"2023-cü ilin yanvar-iyul aylarında Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 16 milyon 812 min 935 min ton olub. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 210 milyon 219 min 419 ton təşkil edib", - deyə məlumatda qeyd edilib.

Məlumatda bildirilib ki, 2023-cü ilin yanvar-iyul aylarında Türkiyə limanlarından 41 milyon 60 min 938 ton tranzit yük daşınıb.

Qeyd edək ki, 2022-ci ildə Türkiyə limanları 394 milyon 90 min 21 ton yük qəbul edib.

Bu dövrdə Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 28 milyon 443 min 135 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 365 milyon 646 min 886 ton təşkil edib.

2022-ci ildə Türkiyə limanlarından 81 milyon 18 min 986 ton transit yük daşınıb.

Milli.Az


Etiketlər:  Xorvatiyadan Türk limanlarına 550 min tondan çox yük daşınıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ