Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rəqib meydanlarında 100-cü qol

Rəqib meydanlarında 100-cü qol

Tarix: 28 Oktyabr 2019 18:52

“Zirə”nin Azərbaycan Premyer Liqasının 9-cu turunun “Sabah”la oyununda vurduğu ilk qol klubun tarixinə 100-cü səfər topu kimi düşüb.

Qol.az-ın klubun rəsmi "Feysbuk" səhifəsinə istinadən yaydığı xəbərə görə, bu qola 22-ci dəqiqədə Nicat Süleymanov imza atıb. Qarşılaşmanın sonlarındakı bərabərlik topu isə “Qartallar”ın rəqib meydanında vurduğu topların sayını 101-ə çatdırıb. Bu qollar 90 oyunda vurulub. Səfərdəki orta məhsuldarlıq 1,12-yə bərabərdir. Bu toplardan 62-si Premyer Liqa, 27-si Birinci divizion, 9-u Azərbaycan kuboku, 3-ü Avropa Liqasına təsadüf edib. Komandamızın səfər qolları mövsümlər üzrə belədir: 2014/15 – 27, 2015/16 – 18, 2016/17 – 14, 2017/18 – 18, 2018/19 – 20, 2019/20 – 4.

25 rəqibin meydanında fərqlənməyi bacaran “Zirə”nin səfərdə ən çox qol vurduğu komanda “Neftçi”dir – 13. Qəsəbə klubu “Sumqayıt”la görüşlərdə 9, “Qəbələ”, “Səbail”, “Keşlə” və AZAL-ın meydanında 7 qol vurub.

 


Etiketlər:  Rəqib meydanlarında


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ