Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Avqust 2023 12:22
"Qarabağ" "Bayer"dən (Almaniya) ayrılan qapıçı Andrey Lunyevlə razılaşıb.
Sonxeber.net xəbər verir ki, Qol.az-ın əldə etdiyi məlumata görə, 32 yaşlı qolkiper bu gün Bakıya gələcək. O, sabah tibbi müayinədən keçəcək. Daha sonra rusiyalı qolkiperlə 1 illik müqavilə imzalanacağı gözlənilir. Andrey "Qarabağ"a azad agent kimi keçib.
Qeyd edək ki, Lunyov karyerası ərzində "Torpedo", "İstra", "Kaluqa", "Saturn Ramenskoye", "Ufa", "Zenit" komandalarında da oynayıb. O, son klubu "Bayer"də 2021-ci ildən çıxış edirdi və may ayında komandadan ayrılıb.
Andrey Rusiyanın əsas millisində 7 oyun keçirib.