Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xırdalanda müəllimin açıqlaması valideynlər arasında ÇAŞĞINLIQ YARADIB - VİDEO

Xırdalanda müəllimin açıqlaması valideynlər arasında ÇAŞĞINLIQ YARADIB - VİDEO

Tarix: 20 Avqust 2023 11:32

Söküntü ilə əlaqədar Xırdalan şəhərində yerləşən 8 nömrəli məktəbin şagirdləri bu ilin yanvarından dərslərini Masazırdakı təhsil müəssisələrinin birində davam etdiriblər.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, şagirdlərin daşınması üçün nəqliyyat xidməti göstərilib. Valideylərin iddialarına görə, müəllimlərdən biri onlara məlumat verib ki, sentyabrdan etibarən onlar övladlarını özləri Masazıra aparmalı olacaqlar. Yəni nəqliyyat xidməti dayandırılıb.

Valideynlərin sözlərinə görə, məsafənin əlverişsiz olması onları çıxılmaz vəziyyətə salıb. Hətta uşaqlarının hansı məktəbdə təhsil alacaqlarını belə bilmirlər.

Məsələ ilə bağlı Abşeron -Xızı Regional Təhsil İdarəsindən bildirilib ki, 8 nömrəli məktəbin şagirdləri bu il təhsillərini Xırdalandakı 11 nömrəli məktəbdə davam etdirəcəklər. Təhsil müəssisələri arasındakı məsafə üçün nəqliyyat xidmətinə ehtiyac yoxdur.

Səbinə Məmmədova bildirib ki, şagirdlərin əvvəlki məktəbi ilə indiki arasındakı məsafə 1 kilometr təşkil edir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Xırdalanda müəllimin açıqlaması valideynlər arasında ÇAŞĞINLIQ YARADIB VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ