Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Avqust 2023 13:21
Mövsümlə əlaqədar üz maskalarında istifadə etdiyiniz tərkiblərdə dəyişiklik etmək lazımdır.
Sonxeber.net Axsam.az-a istinadən bildirir ki, dərinizdəki yaşlanma və sızanaq izlərini aradan qaldırmaq üçün nardan istifadə edə bilərsiniz. C vitamini ilə zəngin olan nar suyunun tərkibindəki antioksidan qırmızı şərab və ya yaşıl çaya nisbətdə üç qat daha çoxdur.
Nardan hazırlaya biləcəyiniz bir neçə maska reseptini təqdim edirik:
Tərkibi:
1 xörək qaşığı bentonit gili
1-2 yemək qaşığı nar suyu
Gil və nar suyunu qarışdırın. Barmağınızla üzünüzə və bütün boynunuza çəkin. 10-20 dəqiqə gözləyin və ilıq su ilə yuyun.
Tərkibi:
2 xörək qaşığı qatıq
1 çay qaşığı bal
1 çay qaşığı nar suyu
Qarışdırıb barmağınızın ucu ilə üzünüzə və boynunuza çəkin. Maksimum təsir göstərə bilməsi üçün maskanı 10-20 dəqiqə saxlayın və sonra isti su ilə yuyun