Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fransada məsciddə yaşlı bir kişi atəş açıb

Fransada məsciddə yaşlı bir kişi atəş açıb

Tarix: 29 Oktyabr 2019 01:04

Bakı. Trend:

Fransanın Bayonna şəhərində yaşlı kişi bir məscidin ziyarətçilərini güllələdi, 2 nəfər yaralanıb.

Trend-in məlumatına görə, Atlantik Pirineyalar Polis İdarəsi şübhəli bilinən şəxsin tutulduğunu bildirdi.

İlkin məlumatlara görə, silahla hücum edən şəxs yerli vaxtla saat 15:00 radələrində məscidin girişində ziyarətçiləri vurub, eyni zamanda binaya Molotov kokteyli atıb.

Ən azı 74 və 78 yaşlı iki nəfər yaralanıb, biri sinə nahiyəsindən ağır yaralanıb.

Polis Sent-Martin-de-Senan kommunasında şübhəli şəxsi saxlayıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Fransada məsciddə yaşlı kişi atəş açıb


RƏYLƏR